İan Harri Qətərdə keçirilən UFC turnirinin kulisində Çimayevlə münaqişəsinin səbəbini açıqlayıb

27.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UFC-nin ikinci dərəcəli yarımorta çəkili boksçusu, irlandiyalı İan Harri, Qətərin Doha şəhərində keçirilən UFC Fight Night 265-in kulisində BƏƏ-ni təmsil edən 31 yaşlı məğlubedilməz UFC orta çəkili çempionu Həmzət Çimayevlə münaqişəsinin səbəbinə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, münaqişə Çimayevin vəziyyəti səhv başa düşməsindən qaynaqlanıb.

“Dönüb aramızda bir təhlükəsizlik işçisinin dayandığını gördüm. O an düşündüm: “aha, sən niyə buradasan?” Biz Həmzətlə heç bir aqressiya olmadan mehriban söhbət edirdik. Dalaşmağa hazırlaşmırdıq və düşünürəm ki, həmin anda dil maneəsi və anlaşılmazlıq üzündən Həmzət vəziyyəti səhv başa düşüb. O, mənim onunla döyüşəcəyimi düşünüb söyüş söyməyə başlayıb”, - Harri Sportskeeda portalına bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью