Icma.az, Axar.az saytına istinadən bildirir.
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiyaya qarşı 3-cü genişmiqyaslı əməliyyata başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində, İBB-nin Mətbuat, Yayım və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Taner Çətin də daxil olmaqla 22 nəfər haqqında həbs qərarı verilib.