İbiza adası yaxınlığında tanker batdı: 1 ölü, 6 yaralı

26.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Malta bayrağı altında üzən "Med Emre" tankeri İspaniyanın İbiza adası sahillərində batıb. Heyət üzvlərindən biri həyatını itirib, daha altı nəfər isə müxtəlif xəsarətlər alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Balear adaları muxtar icmasının təcili yardım xidməti məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, qəza noyabrın 26-da səhər saatlarında adadan təxminən 25 mil şimal-şərq istiqamətində qeydə alınıb. Bildirilir ki, gəmi Alhesirasdan Barselonaya doğru istiqamət alıbmış.

"Söhbət kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan tankerdən gedir. İlkin ehtimallara görə, gəmidə 7 min metrik ton (təqribən 1.2 milyon litr) dizel yanacağı ola bilər", - deyə təcili yardım xidmətinin nümayəndələri qeyd ediblər.

Rəsmi qurumların məlumatına görə, hadisə zamanı gəmidə ümumilikdə 17 heyət üzvü olub. Yanacaq sızması riskinin qiymətləndirilməsi və mümkün ekoloji çirklənmənin qarşısının alınması məqsədilə qəza ərazisinə xüsusi təyinatlı gəmi göndərilib. Bundan əlavə, havadan kəşfiyyat işləri aparmaq üçün dəniz xilasetmə xidmətinin təyyarəsi də prosesə cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью