İbizada dincəlirdi, təcili milliyə çağırıldı Video

12.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video

Argentina millisinin müdafiəçisi Markos Senesi dünya çempionatına gözlənilməz şəkildə dəvət alıb.

QOL.az Argentina mənbələrinə istinadən xəbər verir ki, futbolçu İbizada sevgilisi ilə istirahətdə olarkən Argentina millisindən zəng gəlib.

Məlumata görə, müdafiəçi Leonardo Balerdi zədələndikdən sonra baş məşqçi Lionel Skaloni onun əvəzinə mıhz Senesini heyətə daxil edib. Həmin vaxt axşam yeməyinə hazırlaşan futbolçu tətilini yarımçıq kəsərək dərhal millinin düşərgəsinə yollanıb.

Bildirilir ki, Senesi və futbolçu sevgilisi bu xəbəri böyük sevinclə qarşılayıblar. Argentina millisinin müdafiəçisi üçün dünya çempionatında iştirak etmək arzusu tətil planlarından daha vacib olub. 

Qeyd edək ki, Senesinin sevgilisi futbolçuya zəng gəldiyi anların görüntüsünü sosial mediada paylaşıb.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью