Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn-Salman Cənubi Koreya, Rumıniya və İspaniya liderləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb və ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə edib.
Bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyinə (SPA) istinadən “Anadolu” məlumat yayıb.
Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər. Məlumata görə, Li həmçinin Cənubi Koreyanın Yəmənin Husi üsyançı hərəkatının Səudiyyə Ərəbistanındakı mülki obyektlərə hücumlarını qınadığını bildirib.
Telefon danışığı Husilərin oktyabr ayında daha da güclənən krallıqdakı hədəflərə raket və dron hücumları da daxil olmaqla, davam edən eskalasiya fonunda baş tutub.
Rumıniya Prezidenti Nikusor Dan ilə söhbət zamanı Məhəmməd bin Salman bölgədəki vəziyyəti, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib.
İspaniya Baş naziri Pedro Sançes ilə söhbət zamanı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
P.ƏMİRCANOV
XQ