İbrahim Avropa çempionu olub, Tunar bürünc medal qazanıb

17.05.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

Ölkə.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью