İbrahim Borçalıya daha bir ağır itki: Subay idi, qəfildən… AÇIQLAMA

23.05.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni İbrahim Borçalının ailəsində daha bir ağır itki üz verib.

Sənətçi instaqramda canlı yayımda olarkən bacısı oğlunun dünyasını dəyişdiyini deyib.

Müğənni AZXEBER.COM-a hadisənin təfərrüatlarını açıqlayıb:

"Bacım oğlunun 38 yaşı var idi. Ailə də qurmamşdı, subay idi. Uzun zamandır ürəyi xəstə idi, artıq tromb yaranmışdı. Gözləmədiyimiz anda, qəflətən belə bir itki ilə üzləşdik. Allah ona rəhmət eləsin. Mən də indi Gürcüstandayam, burada dəfn etmişik". 

Xatırladaq ki, 2020-ci ildə İbrahim Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında həyatını itirib.

Aysel Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью