Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Yanvarın 16-da 1-ci liqanın lideri “Şəfa” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında yoxlama görüşündə “İmişli” ilə qarşılaşıb. Matç 80-ci dəqiqəyə qədər davam edib. Həmin vaxt paytaxt təmsilçisi 1:0 öndəymiş. Oyunda yeganə qolu bir neçə gün əvvəl “İmişli”dən “Şəfa”ya transfer olunan İbrahim Əliyev vurub.
Maraqlıdı ki, oyun hədsiz yüksək gərginliklə müşayiət olunub, futbolçular bir-birinə aqressiv münasibət göstərib. Daha bir maraqlı məqam odu ki, “Şəfa” yarımçıq qalan bu oyunu sosial şəbəkə hesabında qələbə kimi təqdim edib.
Gərginliyin səbəbləri ilə bağlı əvvəlcə “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq:
“Düzü, bir az gərginlik var idi. İstədik ki, oyun tez bitirilsin. Ciddi zədələr ola bilərdi. Çempionata hazır olmaq daha vacibdi, nəinki yoxlama görüşü. Futbolçuları tonusda saxlamaq üçün təktərəfli oyun oldu. Əsas futbolçuların formada qalmasıdı”.
“İmişli” ilə oyunda hər iki komandanın futbolçuları bir-birinə qarşı aqressiv oyun sərgilədi. Buna görə də oyunu 80-ci dəqiqədə dayandırçaq məcburiyyətində qaldıq. Bu normaldı. Mövsümün ikinci yarısı ərəfəsində “İmişli” tərəfi bir az narahat qaldı. Gərginlik ancaq bizim tərəfdə olmadı. Artıq oyunun gedişində aqressiv oyundan çox mübahisə olurdu. Bu da oyunda yaranan gərginlikdən irəli gəlirdi. Mübahisələr çox oldu. Bu da oyunun ləngiməsinə, tempin düşməsinə gətirib çıxardı. Bu durumdan hər iki tərəf narahat oldu. Hətta yeni transferimiz İbrahim Əliyevi 25-ci dəqiqədə meydandan çıxarmaq məcburiyyətində qaldıq. Ona qarşı çox sərt oyun oldu. İbrahimi 3-4 aylığa itirə bilərdik. Xoşbəxtlikdən zədəsi ciddi olmadı. Ayağında kiçik əziklə qutara bildik. Ümumi götürsək, oyun yaxşı keçdi. Yüksək təzyiq oldu. Futbolçularımız da yaxşı komandaya qarşı yaxşı oynadı. Oyunun başa çatmasına 10 dəqiqə qalmışa qədər 1:0 öndəydik”.