İbrahim İbrahimova yeni vəzifə verildi FOTO

13.05.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.
Bizim.Media banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.
 

O, 2021-ci ilin mayından 2024-cü ilin yanvarına kimi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. 2024-cü ilin yanvarından 2026-cı ilin mayına kimi isə "Rəqəmsal Tibbi Həllər" MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb.


İbrahim İbrahimov 2006-10-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012-14-cü illərdə isə kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью