Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "MİT Başkanı İbrahim Kalın Dəməşqə səfəri əhəmiyyətlidir.
Bu Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir".Bu barədə politoloq Elxan Şahinoğlu özünün "facebook" profilində bildirib.
Politoloqun qənaətinə görə Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib: "Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir.
Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var.
Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir.
Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu Türkiyənin də xeyrinədir.
Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq.
Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər.