İbrahim Şehiçi transfer etdilər

11.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin yeni klubu bilinib. 

QOL.az xəbər verir ki, 36 yaşlı qapıçı "Çorum" komandasına transfer olunub. Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bosniyalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. Onun son klubu Səudiyyə Ərəbistanın "Əl-Halic"i olub. 

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb. O, Ağdam təmsilçisinin heyətində 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью