İbrahim Talıbov: “Verdiyim sözü tutdum”

01.11.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.

Apasport.az xəbər verir ki, yarışdan dərhal sonra təəssüratlarını bölüşən çempion İbrahim Talıbov qələbə sevincinin sözlərlə ifadə olunmayacaq dərəcədə böyük olduğunu bildirib:

"Bu hissləri sözlə anlatmaq mümkün deyil, çox xoşbəxtəm. Verdiyim sözü tutdum, çox şükür ki, bayrağımızı yüksəklərə qaldıra bildim. Qələbəmdə əməyi olan hər kəsə — anama, atama və məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Üstümdə əziyyətləri çox böyükdür. İndi isə yalnız istirahət etmək barədə düşünürəm".

Seneqalın paytaxtı Dakarda keçirilən Oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarışlar noyabrın 13-dək davam edəcək.

Azərbaycanın üç cüdoçusu Əbu-Dabidə medal uğrunda mübarizəyə qoşulur Olimpiya çempionumuz Əbu-Dabidə bürünc medal qazanıb Avropa çempionatı: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib Böyük Dəbilqə: Cüdoçularımızdan üçüncü medal Balabəy Ağayev Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью