İbrahim Tatlısəs bayramda pul payladı

28.05.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bir müddətdir səhhətində yaranan problemlərlə gündəmə gələn məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs yenidən əvvəlki enerjisinə qovuşub.

Bakupost.az xəbər verir ki, sağlamlığını tam bərpa edən sənətçi Qurban bayramında da ənənəsini pozmayaraq ailə üzvlərinə səxavətli davranışı ilə diqqət çəkib. O, bayram günü evində oturaraq, yanına bir topa pul qoyub. Tatlısəs əlini öpən hamıya pul paylayıb.

Uzun müddət sonra yenidən sağlam və gümrah görünən İbrahim Tatlısəsin bayram görüntüləri sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.(Axşam.az)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью