İbrahim Tatlısəs oğluna elektron bilərzik taxdırdı FOTO

31.10.2025

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu Əhməd Tatlısəsin onu təhdid etməsi ilə bağlı iş məhkəməyə göndərilib. 

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, məhkəmə isə Əhməd Tatlısəsə elektron bilərzik taxılması ilə bağlı qərar çıxarıb. 

Qeyd edək ki, İbrahim Tatlısəs prokurorluğa müraciət edərək oğlunun onu təhdid etməsi ilə bağlı şikayət etmişdi. Məhkəmənin qərarından sonra Əhməd Tatlısəsə taxılan elektron bilərziklə o atası İbrahim Tatlısəsə yaxınlaşa bilməyəcək. Əgər yaxınlaşarsa, sistem dərhal bununla bağlı mərkəzə məlumat verəcək. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью