İbrahim Tatlıses qızını məktəbin ilk günü tək qoymadı

18.09.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses qızı Elif Adanın məktəbin ilk günündə yanında olub.

Sherg.az "Habertürk"-ə istinadən xəbər verir ki, Tatlıses 2011-2013-cü illərdə evli olduğu keçmiş həyat yoldaşı Ayşegül Yıldız və 9-cu sinifdə oxuyan qızı Elif Ada ilə birlikdə məktəbdən çıxarkən görüntülənib.

İzmirdən İstanbula gələn Tatlıses qızını məktəbin ilk günündə tək qoymayıb. O, keçmiş həyat yoldaşı və qızı ilə birlikdə vaxt keçirib.

Müğənninin qızının əlini bir an belə buraxmadığı və onunla yaxından maraqlandığı diqqət çəkib.

Qeyd edək ki, İbrahim Tatlıses ötən il də qızının məktəbin ilk günündə yanında olmuşdu. Məktəb ziyarətindən sonra sənətçi yenidən İzmirlə yola düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью