İbrahim Tatlısəsdən övladlarına ittiham: “Aldadıb pulumu oğurladılar”

24.01.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs Moskva konsertindən qayıdarkən İstanbul Hava Limanında görüntülənib və "tv100 Magazin"ə müsahibə verib.

Moderator.az xəbər verir ki, sənətçi qızı Dilan Çıtak və oğlu Ahmet Tatlı ilə bağlı yaşadığı problemlərdən danışaraq sərt açıqlamalar verib.

“Məni aldadıb, pulumu oğurladılar, hər şeyimi oğurladılar. Buna görə şikayətçi oldum”, – deyə Tatlısəs bildirib.

Türk musiqisinin imperatoru adlandırılan ıfaçı konsertindən danışaraq ölkəsinə qayıtdığı üçün çox xoşbəxt olduğunu vurğulayıb:
“Türkiyəni çox sevirəm. Dünən möhtəşəm bir gecə yaşadıq. Mən oturdum, Moskva ayağa qalxdı. Hər şey çox gözəl idi”, – deyə o bildirib.

Tatlısəs həmçinin “İbo Show” proqramı ilə yenidən ekrana qayıdacağını açıqlayıb və çəkilişlərin tezliklə başlayacağını söyləyib. Proqram kadrosunda 25 il sonra barışdığı Asenanın da olub-olmayacağı barədə sualına isə “Görəcəyik” deyə cavabı verib. 

Daha əvvəl vəsiyyətini açıqlayan İbrahim Tatlısəs qızı Dilan Çıtak və oğlu Ahmet Tatlıya işarə edərək, qərarının dəyişmədiyini vurğulayıb:
“Hər kəs özünü bilir. Məzarıma da gəldikdə, yuh çəksinlər”, – deyə sənətçi bildirib.

Son verilişində İzmirli bir qara qıza aşiq olduğunu deyən Tatlısəs, sevgi həyatı ilə bağlı da səmimi açıqlamalar verib. Müxbirin o qadının kimliyi barədə sualına, “Tezliklə görəcəksiniz” deyə cavab verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью