İbrahim Tatlısesdən səhhəti ilə bağlı kədərli xəbər

25.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyədə 2011-ci ildə silahlı hücuma məruz qaldıqlan sonra qismən iflic olan 72 yaşlı məşhur müğənni İbrahim Tatlıses yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.

İfaçı bu barədə paylaşım edib.

O, fizioterapevt müşayiəti ilə seanslara başladığını bildirib.

"Allah hamıya tez şəfa versin, yenidən yeriyəcəyimə inanıram. Dualarınızı əsirgəməyin", - deyə məşhur müğənni pərəstişkarlarından dəstək istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью