Milli.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni İbrahim Tatlısesin illər əvvəl Azərbaycana səfəri zamanı yaşanan maraqlı hadisənin görüntüləri yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçinin 1998-ci ildə Bakı səfəri zamanı lentə alınan arxiv kadrlarında gərgin anlar əks olunub. Belə ki, müğənni ona yaxınlaşaraq qucaqlamaq istəyən uşağı avtomobillə vuran sürücüyə sərt şəkildə etiraz edib.
Tatlısesin hadisəyə reaksiyası və sürücü ilə yaşadığı gərginlik illər sonra sosial şəbəkələrdə yenidən diqqət çəkib.
Arxiv görüntüləri izləyicilər arasında maraq doğuraraq müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)