İbrahim Tatlısesin evində xoş gün (Video)

12.08.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs ailəsində yaşanan xoş hadisə ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bodrumun Bitez bölgəsində yerləşən bağ evində mənəvi qızı Didem Carus üçün qız istəmə mərasimi təşkil edib. Didem Carus iş adamı Orkan Çömlekçi ilə ailə həyatı qurmağa hazırlaşır.

Sadə və səmimi atmosferdə keçirilən mərasimdə İbrahim Tatlısəs ənənəni davam etdirərək mənəvi qızına "beşi bir yerdə" qızıl hədiyyə edib.

Gecə ərzində qonaqların iştirakı ilə halay çəkilib, musiqi sədaları altında şən anlar yaşanıb. Mərasimdən yayılan görüntülər də diqqət çəkib.

Məlumata görə, Didem Carus və Orkan Çömlekçinin toy mərasiminin sentyabr ayında keçirilməsi planlaşdırılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью