Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İbrahim Tatlısəs – Türkiyənin ən sevilən və hörmət edilən sənətçilərindən biri kimi tanınır.
Lakin onun uğurlarla dolu sənət həyatının arxasında çətin bir həyat mübarizəsi və ağır zəhmət dayanır.
Bu gün milyonlarla insanın qəlbində taxt quran Tatlısəs, məşhur olmadan öncə dolanışığını təmin etmək üçün elə bir peşə ilə məşğul olub ki, bunu eşidənlər təəccüblənirlər!
Lent.az İbrahim Tatlısəsin keçdiyi çətin həyat yolunu təqdim edir.
1952-ci ildə Şanlıurfa şəhərində dünyaya gələn İbrahim Tatlısəsin həyatı doğulduğu andan etibarən çətinliklərlə dolu olub.
Atası həbsdə olan Tatlısəs, uşaqlıq illərində heç vaxt məktəbə gedə bilməyib.
Bu vəziyyətlə bağlı o, zarafatla belə deyib: “Urfada elə bil Oksford vardı da biz getmədik?” Uuşaq yaşlarından işləməyə başlayıb Oxuma-yazma bilməməsinə baxmayaraq həyata tutunmaq üçün işləmək məcburiyyətində qalan Tatlısəs, daha uşaq yaşlarında müxtəlif işlərdə çalışıb.