İbrahim Uzunca: Bunu özümüz aradan qaldırmağa çalışacağıq

18.11.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Komandamı təbrik edirəm. Rəqiblərimizin hamısına hörmətlə yanaşırıq. Hamısı bizimlə mübarizə aparmaq üçün əllərindən gələni edirlər". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca deyib.
Təcrübəli mütəxəssis komandasının İkinci Liqanın 9-cu turunda "Göygöl"ə qalib gəldiyi oyunu şərh edib:
"Matçın müəyyən vaxtı yaxşı oynasaq da, bəzən istədiklərimizi yerinə yetirə bilmirdik. Oyun zamanı komandam da istəksizlik və yorğunluq gördüm. Bunu özümüz aradan qaldırmağa çalışacayıq. Rəqibimiz nisbətən zəif olsa da, onlara qarşı daha ciddi olmalıyıq. Hesab arasındakı fərq daha çox olmalı idi. Növbəti turda "Kür-Araz"la qarşılaşacıq. Həmin matça qədər səhvlərimizi düzəltməliyik. Meydan qələbə ilə ayrılmaq istəyirik".
Qeyd edəki ki, "Xankəndi" "Göygöl" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью