İbrahim Uzuncanın Xankəndi dəki vəzifəsi dəyişdi

06.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

İbrahim Uzuncanın "Xankəndi"dəki vəzifəsi dəyişdi

“Xankəndi” Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.

QOL.az 2-ci liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan türkiyəli mütəxəssis İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

“Xankəndi”nin yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью