İbrahima Vadji yenidən Azərbaycanda Rəsmi

31.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Turan Tovuz" sıralarına yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi "Qarabağ"ın sabiq oyunçusu İbrahima Vadjini transfer edib. Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un da formasını geyinib.

Xatırladaq ki, Vadji 2021-2022-ci illərdə Ağdam təmsilçisində oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью