İbrahimova İspaniyada qalib gəlib və Allahverdiyevaya çatıb İdman və Biz

19.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan şahmatçıları İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edirlər.

İdman.biz xəbər verir ki, Səbinə İbrahimova 6-cı turda Stefan Leqrana (Fransa) qalib gəlib.

O, 3,5 xal toplayıb və Xristos Aleksiadisə (Yunanıstan) uduzan Ayan Allahverdiyevaya çatıb. İbrahimova 102-ci, Allahverdiyeva isə 69-cu pillədə qərarlaşıb.

Lalə Hüseynova Lea Risanı (Sinqapur) məğlub edib və 2 xalı var.

Yarışın lideri 7,5 xala malik İdo Qorşteyndir (İsrail).

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью