İbrahimova ölkə çempionatının qalibi olub

18.03.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gövhər İbrahimova bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibi olub.

İdman.biz xəbər verir ki, o, çoxnövçülük yarışında 94.650 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

Mütləq çempionatda Kamilla Seyidzadə gümüş, İlona Zeynalova isə bürünc medal qazanıblar.

Ayrı-ayrı növlərə gəlincə, İbrahimova gürz və lentlə, Seyidzadə isə halqa və topla birinci olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью