İbrahimoviç: Məşqçilik sahəsi mənim üçün maraqlı deyil

07.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

İsveçli veteran futbolçu Zlatan İbrahimoviç məşqçi olmaq ehtimalı haqda danışıb. Sport24.az xəbər verir ki, hazırda "Milan"da müşavir vəzifəsində çalışan keçmiş hücumçu məşqçilik sahəsinin ona maraqlı gəlmədiyini bildirib:

"Özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq istəmirəm. Bu iş məni cəlb etmir. Məşqçi olmaq üçün bir çox sahəni öyrənməli, fikirlər, çıxış yolları tapmalısız. Bunun üçün gecə-gündüz çalışmaq lazımdır. Məşqçilər üçün 1 il 10 il kimi gəlir. Buna görə də məşqçilik sahəsi mənim üçün maraqlı deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью