Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç bir çağırışda (çellencdə) iştirak edib. Çellencin mahiyyəti özündən daha yaxşı hesab etdiyi futbolçunun adı çəkilənə qədər susmaq olub.
İdman.Biz "TyC Sports"a istinadən xəbər verir ki, aparıcı Ferran Torres, Ueyn Runi, Robert Levandovski, Kilian Mbappe, Ronaldo Nazario, Kriştianu Ronaldu və Lionel Messinin də olduğu futbolçuların adlarını sadalayıb.
“Qardaş, istəyirsənsə, biz burada bütün günü otura bilərik. Odur ki, qüvvən çatana qədər oyunçuların adlarını çəkməyə davam et”, – deyə İbrahimoviç bildirib.
Karyerası ərzində İbrahimoviç “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “PSJ” və “Mançester Yunayted” kimi klublarda çıxış edib.