Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç Niderland yığmasının DÇ-2026-nın 1/16 finalında Mərakeşə uduzmasından sonra komandanın baş məşqçisi Ronald Kumanı sərt tənqid edib.
Futbolpress.az xəbər verir ki, “Fox TV”də ekspert olan keçmiş hücumçu mütəxəssislə bağlı bunları deyib:
“Bu məğlubiyyət Kumanın günahıdır. Söhbət nəticədən də getmir, Niderland futbolunun kimliyinin itirilməsindən gedir. Kumanın öz baxışı var idi, amma bu, komandanın ruhuna uyğun gəlmirdi. Məni ən çox narahat edən də elə budur. Məğlub olmaq mümkündür, amma öz oyun stilinə sadiq qalmaq vacibdir. Özün olmalısan. Oyunçular topa çətinliklə sahib olurdular və təhlükəli hücumlar yarada bilmirdilər. Bu, acınacaqlı bir performans idi”.
Niderland yığması əsas və əlavə vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında Mərakeşə uduzub.