Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İbrahimoviçin oğlu klubunu dəyişdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç karyerasını Niderlandda davam etdirəcək.
QOL.az xəbər verir ki, 19 yaşlı cinah hücumçusu İtaliyanın "Milan" klubundan "AZ Alkmaar"a transfer olunub. Bu barədə klub məlumat yayıb.
Bu keçidlə Maksimilian yenidən Niderlanda qayıdır. O, ötən mövsüm "Ayaks"ın ikinci komandası "Yonq Ayaks"da icarə əsasında çıxış edib. Lakin zədələr səbəbindən cəmi 4 oyunda meydana çıxa bilmişdi.
"AZ Alkmaar"ın açıqlamasında bildirilib ki, futbolçu əvvəlcə yüngül zədəsini tam sağaldacaq, daha sonra isə "Yonq AZ"ın heyətinə qoşulacaq.