İbtidai sinif şagirdi dava zamanı həmyaşıdını bıçaqlayıb

08.03.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Çelyabinskdə küçələrin birində ibtidai sinif şagirdləri arasında dava baş verib; azyaşlılardan biri bıçaqlanıb.

SİA-nın məlumatına görə, bu barədə “Alovla Çelyabinsk” Telegram kanalı yazır.

Davada 7-11 yaşlı uşaqlar iştirak edib. Bir uşaq yaralanıb. “Kiçiy”in arxadan təpiklə vurulduğu bildirilir. Uşaqlar kömək çağırıblar. Maraqlıdır ki, yoldan keçənlər azyaşlıların münaqişəsinə müdaxilə etməyiblər.

Şəhər polisi dava iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью