Icma.az bildirir, Qafqazinfo portalına istinadən. Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxal
Donald Tramp administrasiyası təşkilata əsl kabus yaşadır. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, ABŞ Dövlət İdarəetməsinin Səmərə
Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var və onu “cinayətkar təşkilat” adlandırır.
Maraqlıdır ki, USAID-in əməlləri elə yarandığı ölkədən faş edilir.
Bu, özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir.
“Rəngli inqilablara” sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.
Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib.
Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.