Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İcarəyə götürdüyü maşını sökərək detallarını satan şəxsi polis saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Abşeron rayonunda qeydə alınan hadisə üzrə zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2 min manat dəyərində detallarının sökülərək oğurlandığını bildirib.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq tutulub. Onun taladığı hissələri satdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.