İcazəsiz icra başçısının qəbuluna getdi, direktor danladı | Icma.az
Icma.az, Azpost portalına istinadən məlumat yayır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının şüşəsini sındıran bağbana hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1997-cı il tarixdə Hacıqabulda doğulmuş, rayonun Mərkəzi Xəstəxanasında bağban işləyən U.T.
İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə rayon məhkəməsində baxılıb. Məlum olub ki, U.T.
atasına iş istəmək üçün Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qəbuluna gedib.
Bu zaman Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də Sevindik Hətəmovun qəbulunda olub.
Baş həkim qəbulda bağbanı görən zaman kimdən icazə aldığını soruşub.
Təqsirləndirilən şəxs isə direktorun müavini Cahangir Şıxəliyevdən şifahi icazə aldığını və ərizə yazmadığını deyib.
İcra başçısı ilə görüşdən sonra xəstəxana direktoru Natiq Əliyev bağbanı kabinetinə çağıraraq danlayıb.
Tam oxu
Xəbəri oxu