İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

27.08.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Portaldan müvafiq icazə almadan Qarabağa daxil olmaq istəyən şəxs saxlanılıb.

Moderator.az xəbər verir ki, hadisə Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən stasionar polis postunda qeydə alınıb.

40 yaşlı Naib Allahyarov (şərti adla) müvafiq icazəsi olmadığı halda Ağdam şəhərinə getmək istəyib. Lakin postda xidmət aparan polis əməkdaşları bu halda Ağdama buraxıla bilməyəcəyini və geri qayıtmalı olduğunu onun nəzərinə çatdırıblar. Lakin N. Allahverdiyev polisin tələbinə məhəl qoymayaraq, postda ucadan nalayiq ifadələr işlədib.

Bu əməlinə görə, onun barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Allahverdiyev ifadəsində, əməlindən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib. /Lent.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью