“İcbari Sığorta Bürosu” HŞİ nin Risk Komitəsinin Əsasnaməsi təsdiq edilib

25.11.2025

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

 “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

İSB-ən Marja-ya verilən məlumata görə, iclasda maliyyə və təşkilati məsələlər müzakirə edilib, İSB-nin Risk Komitəsi haqqında Əsasnaməsi təsdiqlənib.

Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək, bu risklərə uyğun zəruri qərarların qəbulu üçün əsaslar yaratmaqdır. Komitə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edir, eyni zamanda strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyır.

İclasda Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli komitənin sədri,  Famil Əliyev ("Qala Sığorta" ASC) və Araz Məmmədov ("Paşa Sığorta" ASC) komitənin üzvləri seçiliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью