İcbari Sığorta Bürosu yeni ünvanda fəaliyyət göstərir

14.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 iyul, AZƏRTAC

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə fəaliyyətini yeni ünvanda davam etdirir.

İSB-dan AZƏRTAC-a bildirilib ki, qurum hazırda Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 53/1 (Almaz Park) fəaliyyət göstərir. Büroya müraciət etmək istəyən bütün fiziki və hüquqi şəxslər yeni ünvanla əlaqə yaradə bilərlər.

Qeyd edək ki, İSB daha əvvəl Həsən bəy Zərdabi küçəsi 8 ünvanında yerləşirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью