İcbari Sığorta Bürosunda YENİ TƏYİNATLAR

02.09.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının (HŞ) tərkibində dəyişiklik edilib. 

Modern.az xəbər verir ki, Şuranın üzvü olan "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Ülviyyə Cabbarovanı yeni sədr Niyaz İsmayılov, "Xalq Sığorta" ASC-nin İH-nin üzvü Mətanət Nərimanlını isə eyni şirkətin İH sədrinin müavini Aydın Rəhmanov əvəzləyib.

Şuranın sədri Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Elçin Əlizadə, digər üzvləri AMB-nin nümayəndəsi Vüsal Qurbanov və "Atəşgah Həyat" ASC-nin İH-nin sədri Azər Əliyev dəyişməyib.

 Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 15-dir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью