İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibi dəyişib

02.09.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibi dəyişib. 

Mia.az xəbər verir ki, Şuranın üzvü olan "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Ülviyyə Cabbarovanı yeni sədr Niyaz İsmayılov, "Xalq Sığorta" ASC-nin İH-nin üzvü Mətanət Nərimanlını isə eyni şirkətin İH sədrinin müavini Aydın Rəhmanov əvəzləyib.

HŞ-nın sədri əvvəlki kimi Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Elçin Əlizadə, digər üzvləri isə yenə də AMB-nin nümayəndəsi Vüsal Qurbanov və "Atəşgah Həyat" ASC-nin İH-nin sədri Azər Əliyevdir.

 Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 15-dir(report). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью