Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 milyon 935 min 191, tibbi xidmətlərin məbləği isə 871 milyon 374 min 631 manat təşkil edib. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17, məbləğində isə 7 faiz artım müşahidə olunub
Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
O bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib: “Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə tabeli tibb müəssisələrində bir sıra yeni xidmətlərin qurulması davam etdirilməkdədir. Belə ki, tibb müəssisələrində bir sıra yüksək texnologiyalı tibbi xidmətlər (cərrahi əməliyyatlar) icra olunur”.
Vüqar Qurbanov qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının Yeni Klinikada, ürək-damar cərrahiyyəsi və invaziv-radioloji xidmətlərin Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Şəki Rayon Mərkəzi xəstəxanalarında, endoprotez əməliyyatlarının isə Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Nizami, Kliniki, Sabunçu, Sumqayıt Tibb mərkəzlərində, Abşeron, Quba və Qəbələ Rayon Mərkəzi xəstəxanalarında uğurla icra edildiyini deyib:“Bununla yanaşı, TƏBİB tabeli 13 müəssisədə kataraktanın fakoemulsifikasiyası və aspirasiyası, 23 müəssisədə - intravitreal inyeksiya, avastin xidmətinin icrası həyata keçirilir. Radioloji xidmətlərdən Bakı şəhəri üzrə 7 müəssisədə Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) xidmətləri, regionlar üzrə 9 müəssisədə MRT, 16 tibb müəssisəsində isə KT xidmətləri həyata keçirilir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.