Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3500-ə yaxın diskektomiya (sinir köklərinə təzyiq göstərən fəqərəarası diskin hissəvi və ya tam çıxarılması) əməliyyatı icra olunub.
SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həyata keçirilib.
Xatırladaq ki, fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.