İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək

21.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Açıqlamada qeyd olunub ki, növbəti ildə bəzi dərman vasitələrinin təminatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil ediləcək:

"Arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır.

Həmçinin qarşıdakı dövrdə həzm və tənəffüs sistemlərinə aid xəstəliklərinin müalicəsi üçün ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin də icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub".

Məlumatda bildirilib ki, hazırda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 3 318 tibbi xidmət daxildir:

"İcbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi şərtləri müvafiq qanunvericiliklə tənzimlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi tədbirləri davam etdirilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью