İcbari tibbi sığorta ilə psixoloji yardım almaq mümkündürmü?

23.01.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bir çox ölkədə psixoloji sağlamlıq xidmətləri dövlət və ya icbari tibbi sığorta paketinə daxildir. Məsələn, Böyük Britaniyada NHS xətti ilə psixoloq və psixoterapevt xidmətlərindən pulsuz istifadə mümkündür. Almaniyada icbari tibbi sığorta psixoterapiya seanslarını qarşılayır, Türkiyədə isə dövlət sığortası (SGK) çərçivəsində psixiatr və müəyyən hallarda psixoloji yardım göstərilir.

Azərbaycanda da psixoloji xidmətlərin icbari tibbi sığorta hesabına göstərilib-göstərilməməsi cəmiyyət üçün aktual mövzulardan biridir.

BAKU.WS bu məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, icbari tibbi sığorta hesabına psixoloji tibbi xidmətlər ilkin tibbi-sanitariya yardımı mərhələsində həyata keçirilir.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью