ICE birjasında Brent neftinin qiyməti 70 dolları ötüb

08.07.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Londondakı ICE birjasında Brent markalı neftin 2025-ci ilin sentyabr fyuçerslərinin qiyməti artaraq bir barel üçün 70 dolları keçib. Bu, 30 aprel 2025-ci ildən bəri ilk belə göstəricidir.

Doğru.az xəbər verir ki, TASS-ın yaydığı ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 18:25-ə olan məlumata görə, Brent neftinin qiyməti 0,65% artaraq 1 barel üçün 70,05 dollar təşkil edib.

Qeyd edək ki, daha əvvəl “Alfa-Forex” şirkətinin müştərilərlə iş və satış departamentinin rəhbəri Aleksandr Şnayderman RT-yə açıqlamasında neftin qiymətinin İsrail və İran arasında gərginlikdən əvvəlki səviyyəyə qayıtdığını vurğulamışdı.

Analitiklər qiymət artımını həm qlobal siyasi risklərlə, həm də bazarda tələbatın sabitləşməsi ilə əlaqələndirirlər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью