İçəri girib görürsən ayaqqabı, zibil, paslı armatur... Paşinyan əsəbiləşdi

29.05.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki kilsələrin vəziyyəti ilə bağlı narazılıq edib.

Globalinfo.az xəbər verir ki, o, kilsələrin əksəriyyətinin tikinti tullantıları anbarı kimi istifadə edildiyini deyib.

“Kilsələrdə əlavə mərmər plitələr, sement kisələri, paslı armaturlar saxlanılır. İnsan ruhani bir şeylə təmasda olmaq üçün kilsəyə gedir. Amma birdən içəri girirsən və görürsən ki, zibil səpələnib, kiminsə paltarı, ayaqqabısı, çarpayısı qoyulub”, – baş nazir gileylənib.

Paşinyan vurğulayıb ki, kilsələrlə bağlı standartlar tətbiq edilməlidir.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью