İçərişəhər də qeyd edilən Od çərşənbəsindən FOTOREPORTAJ

04.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Paytaxt ərazisində ilaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi qeyd olunur.

Oxu.Az xəbər verir ki, Novruz bayramından əvvəlki dörd çərşənbənin (su, od, yel, torpaq) hər birinin xüsusi özəlliyi var.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanlar bütün çirkabı və azar-bezarları yandırırlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

PhotoStock.az-ın "İçərişəhər" ərazisində qeyd olunan bayram şənlikləri ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью