“İçərişəhər” Muzey Mərkəzinə direktor təyin olundu

04.06.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

O, 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

A.Hüseynova 2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik edərək ekspert qismində də iştirak edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью