“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu Foto

04.06.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

Qeyd edək ki, A. Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.

2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

O, 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью