Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanma zonasına giriş məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə əlaqədar Bakı metropolitenindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşası nəzərdə tutulub.
"Ərazidə hazırlıq işləri aparılır. İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək", - deyə məlumatda qeyd olunub.