İçərişəhərdə əmək yarmarkası təşkil olunub

01.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə əmək yarmarkası təşkil olunub.

Qoruğu İdarəsinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, aktiv məşğulluq tədbirində iştirak edənlər təqdim edilən iş elanları və onların tələbləri ilə yaxından maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və işə qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Böyük marağa səbəb olan yarmarkada 33 işəgötürən tərəfindən ümumilikdə 322 aktiv iş yeri təqdim edilib. Ziyarətçilərə mövcud ştatlar üzrə əmək öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin şəxsi məlumat vərəqələri (tərcümeyi-halları) qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz xüsusi stendləri ilə fəal iştirak ediblər. Proses çərçivəsində işsiz və işaxtaran şəxslərə reallaşdırılan peşə kursları, müraciət qaydaları barədə geniş məlumat verilib, həmçinin onlara peşəkar karyera məsləhəti xidmətləri göstərilib. Eyni zamanda, tədbirə qatılan vətəndaşlar Agentlik tərəfindən icra olunan digər aktiv məşğulluq layihələri barədə də faydalı məlumatlar almaq imkanı əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью