İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır RƏSMİ

16.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, İçərişəhər dövlət tərəfindən qorunan unikal tarixi-mədəni irs məkanıdır. Qoruq ərazisində tətbiq olunan giriş-çıxış sistemi tarixi mühitin qorunması, piyadaların təhlükəsizliyinin təmin edilməsi, sakinlərin rahatlığının artırılması və nəqliyyat axınının səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərir:

"Bu sistem eyni zamanda İçərişəhərdə həyata keçirilən "Smart Heritage" (Ağıllı İrs) konsepsiyasının mühüm tərkib hissəsidir. Konsepsiya tarixi irsin müasir texnologiyalar vasitəsilə qorunmasını, ziyarətçi və nəqliyyat axınının ağıllı idarə edilməsini, eləcə də qoruğun dayanıqlı inkişafını hədəfləyir".

"Məhz bu yanaşma çərçivəsində qoruq ərazisində eyni vaxtda maksimum 300 avtomobilin olması limiti müəyyən edilib. Bu limit şlaqbaum sistemi vasitəsilə avtomatik tənzimlənir və müəyyən edilmiş say həddinə çatdıqda ödənişli giriş müvəqqəti dayandırılır. Avtomobillərdən biri ərazini tərk etdikdən sonra növbəti nəqliyyat vasitəsinin girişinə icazə verilir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi irsin qorunması ilə şəhər həyatının tələbləri arasında balansın təmin edilməsini əsas prioritetlərindən biri hesab edir və bu istiqamətdə müasir, ağıllı idarəetmə həllərini tətbiq etməyə davam edir", - deyə məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью